Prezident İlham Əliyev Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
Xatırladaq ki, Saleh Məmmədov bu vəzifəni 2015-ci ildən tuturdu.










