Prezident İlham Əliyev iyulun 29-30-da səfərdə olduğu rayonlarda müxtəlif layihələr üçün vəsait ayrılması barədə sərəncamlar imzalayıb.
FED.az dövlət başçısının vəsait ayırdığı rayonları, layihələri və vəsaitləri açıqlayır.
1. Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” ASC-yə ilkin olaraq 1 milyon manat ayrılıb, İqtisadiyyat Nazirliyinə də tapşırılıb ki, bu işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini 2021-ci il dövlət büdcəsi layihəsində nəzərə alsın.
2. Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayrılıb (quyuların siyahısı məlumatın axırındadır).
3. Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyinə də tapşırılıb ki, sərəncamda göstərilən məktəbin tikintisi üçün zəruri olan maliyyə vəsaitini 2021-ci il dövlət büdcəsi layihəsində də nəzərdə tutsun.
4. Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının “ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ASAN Xidmət-a ilkin olaraq 3 milyon milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi bu işlər üçün zəruri olan maliyyə vəsaitini 2021-ci il dövlət büdcəsi layihəsində də nəzərdə tutmalıdır.
5. Dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 21,8 milyon manat ayrılıb.
6. Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 15 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, sözügedən körpünün tikintisinin başa çatdırılması üçün zəruri olan vəsaiti 2021-ci ilin büdcəsində də nəzərdə tutsun.
7. İsmayıllı rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün 2020-ci il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500 min manat ayrılııb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində bu bu Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
8. İsmayıllı rayonunun Sumağallı kəndində 264 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, həmin məktəbin tikintisi üçün 2021-ci ilin dövlət büdcəsində də vəsait nəzərdə tutsun.
Balakən rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə siyahı
Sıra №-si |
Yaşayış məntəqələri |
Quyuların sayı, ədəd |
Əhalinin sayı, nəfər |
|
Gərəkli kəndi |
1 |
5489 |
|
Hənifə kəndi |
1 |
6690 |
|
Xalatala kəndi |
1 |
2984 |
|
İtitala kəndi |
1 |
2523 |
|
Qaysa kəndi |
1 |
3784 |
|
Qazma kəndi |
1 |
7538 |
|
Qullar kəndi |
1 |
5560 |
|
Şambul kəndi |
1 |
2707 |
|
Talalar kəndi |
1 |
6157 |
|
Tülü kəndi |
1 |
6513 |
Cəmi |
10 |
49 945 |