Prezident İlham Əliyev dekabrın 3-də “Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Eləcə də bax: Prezident rayona 7 milyon manat ayırdı - SƏRƏNCAM
FED.az xəbər verir ki, Sərəncama əsasən, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 milyon 511 min 400 manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.