Ermənistanla sülh müqaviləsinin müəllifi Azərbaycandır, o bəndlərin tərtibatında Azərbaycanın mövqeyi hər zaman əsas götürülüb.
FED.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirib.
Prezident bildirib ki, bu sənədin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur.
“Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”, - deyə dövlət başçısı bildirib.