Prezident Qobustanda yol tikintisinə 6,4 milyon manat ayırdı – SƏRƏNCAM
20:0923 Okt 2018
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev “Qobustan rayonunun Qobustan–Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Fed.az-ın məlumatına görə, sərəncama əsasən beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan–Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.