"Neftçalada ən zəngin adamlardan biri Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub".
Eləcə də bax: Prezident yeni təyin olunmuş icra başçılarını - QƏBUL EDİB - TAM MƏTN - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İsmayıllı və Neftçala rayonuna yeni təyin edilmiş icra başçıları Nahid Bağırov və Mirhəsən Seyidovu qəbul edərkən bildirib.
Dovlət başçısı bildirib ki, Azərbaycanda qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq: "Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır".
Əliyev bildirib ki, Neftçala rayonunda aparılmış xüsusi əməliyyat göstərdi ki, hələ də bunu dərk etməyən insanlar var: "Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı".
Prezident İlham Əliyev bu hala misal olaraq Neftçala Xəstəxanasının baş həkimini göstərib, bildirib ki, o rayonun ən varlı adamlarından biri olmuşdu: "Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq".