Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncam ilə, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Prezidentin digər bir sərəncamı ilə,Rəşad Nəbi oğlu Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Başqa bir sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.