Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.
Eləcə də bax: Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı - SƏRƏNCAM
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Rəqəmləri səhv deyən sədrə prezident irad tutub: "Qəbələ rayonunda cəmi 60 kənd, 1 şəhər və 3 qəsəbə var. Şişirtmə rəqəmləri".
BAKU.WS