Prezident İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.
FED.az xəbər verir ki, İraqın Baş naziri Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını çatdırıb və bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.
Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edildi, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirilib. Qeyd edilib ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirildi ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Söhbət zamanı dövlət başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.
Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.