Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni təsdiqləyib.
Eləcə də bax: Səhiyyə Nazirliyinin səlahiyyətləri - TƏBİB-Ə VERİLDİ
FED.az xəbər verir ki, dövlət başçısının imzaladığı fərmanla Fərmanla “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri də ləğv edilib.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrinin layihələrini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.