Prezident İlham Əliyev "AzVirt" şirkətini tərifləyərək "AzVirt" Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir sözlərini deyib.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Görülən işlər barədə dövlət başçısına məlumat vermək üçün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisini həyata keçirən “AzVirt” şirkətinin İcraçı direktoru Kamil Əliyev də Prezidentin yanında olub.
Eləcə də bax:Azərbaycanda ödənişli yol açılır – ÖDƏNİŞ MƏNTƏQƏSİ, TURNİKETLİ, HASARLI
Prezident İlham Əliyev "AzVirt" şirkətinin İcraçı direktoruna “Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bilirəm” deyərək sözlərini qeyd edib.
"Siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz. Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər”.
Qeyd edək ki, "AzVirt" hazırda bir çox layihələr həyata keçirməkdədir. Bu layihələr aşağıdakılardır:
2019 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi
2019 - Bişkek - Oş yolunun 67km-lik Madaniyyat - Calalabad hissəsinin (km507,5- km 574,5) yenidənqurulması
2019 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi
2019 - M01 Road Kyiv – Chernigiv – Novi Yarylovychi
2018 - "Cortanovci" tunelinin tikintisi (Serbiya Respublikası)
2018 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi
2018 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi
2015 - Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi 2-ci hissə
Xatırladaq ki, "AzVirt" Azərbaycan - Almaniya Birgə Müəssisəsi 1995-ci ildə yaradılıb. Sonradan Müəssisənin adı dəyişdirilərək "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılıb. İlk dəfə Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt, zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәtә çevrilib.
"AzVirt" Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biridir. Yarandığı tarixdәn başlayaraq 20 ildən çox müddәt әrzindә "AzVirt" bir çox layihələrin müəllifi olub.