C.F.Cəfərovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.