Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Bəhmən Rza oğlu Babayev
polkovnik Əyyub Vəli oğlu Məmmədov
polkovnik Nəsib Tahir oğlu Mirzəyev.