Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
***
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Rza oğlu Abbasov vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.












