Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, prezident Süleyman Ağayevin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq xitam verib.
Buna səbəb hakimin dəfələrlə pozuntulara yol verməsi olub.
Belə ki, sərəncamda göstərilir ki, hakimin səlahiyyətlərinə xitam verilməsinə səbəb “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 11-ci bəndi olub - işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozmaq.