FED.az xəbər verir ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzaladı:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 21 aprel tarixli Sərəncamına
Əlavə
Sıra №-si |
Rayonun, şəhərin adı |
Quyuların sayı, ədəd |
Yaşayış məntəqələrinin adı |
Əhalinin sayı, nəfər |
|
Ağdaş |
2 |
Ağzıbir |
1981 |
Şəkili |
1201 |
|||
|
Biləsuvar |
2 |
Dərvişli kəndi |
1766 |
|
Gəncə |
2 |
Kəpəz rayonu |
178500 |
|
Xocavənd |
2 |
Muğanlı kəndi |
1485 |
|
Yardımlı |
1 |
Köryədi kəndi |
1813 |
|
Şuşa (Ağdam rayonu ərazisi) |
2 |
Mirzələr qış yatağı |
698 |
|
Laçın (Ağcabədi rayonu ərazisi) |
2 |
“Qayğı” qəsəbəsi |
453 |
“Mişni” obası |
208 |
|||
|
Qobustan |
2 |
Təklə kəndi |
2166 |
Təklə Mirzəbaba kəndi |
2498 |
|||
|
Lerik |
1 |
Kələxan kəndi |
483 |
10. |
Naftalan |
1 |
Qasımbəyli kəndi |
444 |
Cəmi |
17 |
13 |