Prezident İlham Əliyev “Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.
Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.
Prezident bu şəhərə pul ayırdı - SƏRƏNCAM

20:00
26 Sen 2018