Prezident İlham Əliyev mayın 23-də Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrılıb.
Bu Sərəncamdan irəli gələn məsələlərin həll olunması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, maliyyələşmənin təmin edilməsi isə Maliyyə Nazirliyinə tapşırılıb.