Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib - FOTOLAR
FED.az xəbər verir ki, Azərbaycan dövlət başçısı bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.












