Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib. FED.az Samir Nuriyevin dosyesini təqdim edir. Eləcə də bax: Prezident Administrasiyasına yeni rəhbər təyin edilib - SƏRƏNCAM Samir Rafiq oğlu Nuriyev Doğulduğu tarix və yer: 09.03.1975, Bakı şəhəri Təhsili: 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir. Əmək fəaliyyəti: 1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışmışıdır. 2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdir. 2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.
|
Prezident Administrasiyasının – YENİ RƏHBƏRİ KİMDİR – DOSYE
13:07
1 Noy 2019