Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri Tovuz rayonunda vətəndaşları qəbul edəcək.
FED.az xəbər verir ki, bu barədə Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsində paylaşım edilib. Bildirilir ki, ölkə başçısı İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması məqsədi ilə dekabr ayının 18-də Tovuz Rayon İcra Hakimiyyətinin inzibati binasında Prezident Administrasiyasının məsul işçiləri rayon vətəndaşları ilə görüşəcək.
Eləcə də bax: "ASAN xidmət" üçün 19,2 milyon manatlıq - SƏRƏNCAM