Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Elmir Zülfüqar oğlu İbrahimova
polkovnik Arif Həsən oğlu Həsənova
polkovnik İslam Şixzadə oğlu Əmirağayevə
polkovnik Bilal İsmayıl oğlu Çompuzova
polkovnik İlqar Saab oğlu Qafarova.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2023-cü il