Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Eləcə də bax: Bu rayonda 18 subartezian quyusu qazılacaq - SƏRƏNCAM
FED.az-ın məlumatına görə, sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
| Sıra №-si | Ərazi vahidləri | 
| Ağstafa rayonu | |
| 1. | Dağ Kəsəmən kəndində yeni massiv | 
| Gədəbəy rayonu | |
| 1. | Arıqıran kəndi | 
| 2. | Gərgər kəndi | 
| 3. | Qasımlı kəndi | 
| Şəmkir | |
| 1. | Aşağı Çaykənd kəndi | 
| 2. | Şəmkir şəhərində 2 yeni massiv | 
| Tovuz rayonu | |
| 1. | Cirdək kəndi | 
| 2. | Çatax kəndi | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








