Prezident İlham Əliyev Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi - SƏRƏNCAM
FED.az-ın məlumatına görə, sərəncama əsasən Respublika Talassemiya Mərkəzinin yeni nəsil sekvenləşdirmə sistemi ilə təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 1,8 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident 1,8 milyon ayırıb
19:05
8 Noy 2018