“İranın son dövrlərdəki hərəkətləri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə münasibətini göstərir”.
Eləcə də bax: İran Azərbaycandan Naxçıvana hərbi təchizat təyyarələrinin uçuşuna - Qadağa Qoydu
FED.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, rəsmi Tehranın Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyması heç bir effekt verməyəcək və İran istəyinə nail olmayacaq: “Qələbəmizə dostlar sevinir, düşmənlər isə kədərlənir. İranın son hərəkəti də bunun təzahürüdür. Biz Naxçıvan hava yolundan intensiv istifadə etmirik. Alternativ istiqamətlər isə kifayət qədərdir. Bu mənada, Naxçıvandakı qüvvələrin hərbi tədarükü əvvəlki tək davam edəcək və cənub qonşumuzun qadağası bizə təsir etməyəcək”.
Qeyd edək ki, bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb. (Report)