Cəbhədə aparılan əməliyyatlar zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub.
Amma ekipajın xüsusi peşəkarlığı nəticəsində zədələnmiş helikopteri qoşunlarımızın nəzarət etdiyi əraziyə endirmək mümkün olub.
Ekipaj üzvləri sağdır, itkimiz yoxdur.
FED.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Nazirlik bildiri ki, qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.