Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsinə təyinat olub.
Müdafiə nazirinin müavini yüksək vəzifəyə - TƏYİN OLUNDU
FED.az xəbər verir ki, bu vəzifəyə Pərviz Sədrəddinov təyin edilib.
"Dostlar bu gündən fəaliyyətimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsində davam etdirəcəm. Hərbi təməl islahatlarının başlandığı və uğurla davam etdiyi bir dövrdə bu vəzifəyə təyinatım məsuliyyəti birə-beş artırır. Çalışacam Dövlət Xidmətinin rəhbərliyinin mənə göstərdiyi bu etimadı doğruldum"-deyə o sosial şəbəkədə bildirib.
Qeyd edək ki, Pərviz Sədrəddinov uzun illər "Kapital Bank"da mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.