2020-ci il martın 1-dən Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, səfirliyin “Facebook” səhifəsində məlumat verilib ki, diplomatik missiyanın bağlanması haqqında qərar Peru hökuməti tərfindən qəbul olunub.
Eləcə də bax: Azərbaycanda xarici səfirlik - BAĞLANIB
“Bu qərar ilə əlaqədar təəssüf edirik. Səfirliyin bağlanması ilə əlaqədar inzibati prosedurlar başlanıb. Konsulluq şöbəsi yalnız dekabrın 15-dək xidmətlər təklif edəcək. Bu tarixdən sonra bütün müraciətlər Ankaradakı səfirliyə edilməlidir. Peru səfirliyi 2020-ci il martın 1-də fəaliyyətini tamamilə dayandıracaq”, - məlumatda deyilir.
Perunun Azərbaycandakı səfirliyi 2017-ci il iyunun 2-dən fəaliyyət göstərib.
Marja