Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
FED.az xəbər verir ki, Kremlin rəsmi məlumatına görə, telefon danışığı Ermənistanın təşəbbüsü ilə baş tutub, yəni Paşinyan Putinə zəng edib.
Danışıq zamanı Rusiya prezidenti Qarabağda döyüşlərin dayandırılmasının vacib olduğunu bir daha bildirib. Məlumatda bildirilir ki, tərəflər münaqişədə qanunsuz hərbir birləşmələrin döyüşçülərinin iştirakından narahatlıqlarını bildiriblər.
Qeyd edək ki, burada söhbət Ermənistanın iddia etdiyi, guya Azərbaycan tərəfdən döyüşlərdə ərəb döyüşçülərinin iştirak etməsi ilə bağlı iddialardan gedir. Tamamilə əsasız olan bu məlumatları Azərbaycan tərəfi dəfələrlə təkzib edib.
Telefon danışığı zamanı Putin və Paşinyan kontaktların bundan sonra da kontaktların davam etdirilməsi barədə razılığa gəliblər.