Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin tənzimlənməsi planını açıqlayıb.
FED.az "RİA Novosti"yə isitnadən xəbər verir ki, Paşinyanın təklif etdiyi plan 3 bənddən ibarətdir:
Hər iki tərəf öz hərbi qüvvələrini sərhəddən geri çəkməli;
Sərhəddə Rusiya və ya Minsk qrupunun həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilər yerləşdirilməli;
Beynəlxalq vasitəçilərin iştirakı ilə sərhədlər dəqiqləşdirilməlidir.