Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən iclasda Azərbaycanın, o cümlədən Qarabağ daxil olmaqla 86,6 min kvadratmetr ərazisinin tanınması ilə bağlı bayannamə imzalayıb.
Qazaxın 7 kəndi və Kərki kəndi də - AZƏRBAYCANA QAYTARILACAQ
FED.az xəbər verir ki, Paşinyan bəyannaməni Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşün yekunları üzrə imzalayıb.
Bu da o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olur.
Qeyd edək ki, bəyyanamədə “tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. (Trend)