Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.
FED.az xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.
O deyib kİ, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini sədr müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir.
Report