Prezident İlham Əliyev bu gün Pakistana işgüzar səfərə yollanıb.
FED.az xəbər verir ki, Pakistanın hava məkanında Prezidentin təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri müşayiət edib.
Bu barədə məlumatı isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında paylaşıb.