Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edərək, onun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az məlumat verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi hazırda Anar Adil oğlu Quliyevə tapşırılıb.
Eləcə də bax: Prezident Administrasiyasına yeni rəhbər təyin edilib - SƏRƏNCAM
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Unikal