“Çalışmalıyıq ki, elə bir şərait yaradaq ki, hər bir istedadlı, biznesə həvəsi olan insan bizneslə məşğul ola bilsin. Məmur təzyiqindən, müdaxilədən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər. Xüsusilə bölgələrdə. Əgər kimsə bir balaca özü üçün iş qurursa gəlirlər zəli kimi yapışırlar onun bədənindən sorurlar onun qanını. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq - mühafizə orqanları məndən artıq cox ciddi tapşırıq alıblar və Siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə məni dərhal məlumatlandırın, belə yaramaz məmurlara qarşı ən ciddi sansiyalar və tədbirlər görüləcəkdir”.
Eləcə də bax:Prezident İlham Əliyev Mikayıl Cabbarovu - QƏBUL EDİB - VİDEO
FED.az “Marja”-ya xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.