Ötən ay ərzində dövlət sərhədində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə FED.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 9 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.