Ötən gün Bakıda keçirilən orduya dəstək aksiyasında təxribat baş verib.
Eləcə də bax: Bu gecə Bakıda baş verənlər - VİDEO
FED.az xəbər verir ki, bir qrup insan Milli Məclisin binasına soxulub, eləcə də bir polis avtomobili aşırılıb.
Xəbər verildiyi kimi, Ermənistanın Azərbaycana qarşı Tovuz rayonunda törətdiyi təxribata Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilib. Düşmənə güclü zərbələr endirilib onun hərbi infrastrukturu və obyektləri, eləcə də canlı qüvvəsi məhv edilib. Baş verən döyüşlərdə Azərbaycan ordusu da şəhid verib.
Bununla əlaqədar olaraq, iyulun 14-də Bakının müxtəlif ərazilərində Azərbaycan Ordusına dəstək aksiyası və yürüşlər keçirilib. Yürüşdə minlərlə insan iştirak edib. Əllərində Azərbaycan bayraqlarını tutmuş sakinlər himnimizi oxuyaraq, «Qarabağ» şüarını səsləndirirlər.
Dəstək aksiyaları, həmçinin, Xırdalan, Sumqayıt şəhərlərində, eləcə də digər şəhər və rayonlarda da keçirilib. Bakıda əvvəl Azadlıq meydanından başlayan aksiyanın iştirakçıları Şəhidlər və Fəxri Xiyaban ətrafına toplaşıblar. Bu əraziyə minlərlə Bakı sakini toplaşıb, orduya və dövlətə dəstək, «Qarabağ» şüarları səsləndirilib. Bu müddət ərzində hüqüq mühafizə orqanları dəfn prosesinin insidentsiz keçməsinə nəzarət ediblər.
Bununla yanaşı, dəstək aksiyasının sonunda təxribət baş verib. Bir qrup şəxs Milli Məclisin biinasına daxil olub və foyedə dağıntılar törədiblər.
Eləcə də «Fairmont Hotel»ın qarşısında bir qrup şəxs polis avtomiobilinə hücum edərək onu aşırıblar.
Amma hadisə yerində olan hüqüuq mühafizə qüvvələri, o cümlədən çevik polis alayı təxribatın qarşısını alıb. Hələlik baş verənlərlə bağlı rəsmi məlumat açıqlanmayıb.