“Biz bunu əsas götürmüşük ki, əlbəttə, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmişdi”.
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
İlham Əliyev: "Azad edilən əraziləri yenidən tikəcəyik" - RBK kanalına - MÜSAHİBƏ - TAM MƏTN
Dövlət başçısı əlavə edib ki, bu səbəbdən, Moskvada aparılmış məsləhətləşmələr çərçivəsində onlardan danışıqlar masası arxasında tam təslim olmaları tələb olunub: “Başa düşürük ki, Paşinyan rejimi yetərincə zəifləyib. Bu rejim daxili siyasi səbəblərə görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistanda bir inqilab baş verməsi və qatı millətçilərin, radikalların, azərbaycanofobların hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bəyanat çərçivəsində konkret tarixlər göstərilməsini təkid etmədik.
Lakin, şübhəsiz ki, bu, erməni işğalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bəyanatda substantiv danışıqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək”.