“Ölkəmizi inamla idarə edirəm”.
Eləcə də bax: İlham Əliyev xalqa müraciət edir - Video
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı 30 ildir aparılan danışıqlar nəticəsində 1 sm belə torpağın geri qaytarılmadığını xatırladıb:
“Mən haqlı çıxdım. 30 ilə yaxın müddətdə 1 sm torpaq bizə danışıqlar yolu ilə verildimi? Bəs necə həll olunur bu məsələ indi? Bu, hərbi yol deyilmi?
Məhz hərbi yolla bu məsələ həll edilir, sonra isə siyasi yolla. Onların dərsini verməsəydik, qaçardımı o indi Moskvaya danışıqlar üçün? Oturacaqdı indi özündən razı, deyəcəkdi torpağı vermirəm.
İndi gizlənməyə deşik axtarırlar, siçan kimi oturub ağızlarına su alıblar. Hanı sənin “qəhrəmanlığın?””