Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Eləcə də bax: Azərbaycanda xüsusi karantin rejimi - Sentyabrın 30-dək Uzadıldı
FED.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir.