Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılır. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir. 
Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. 
Hazırki qanunvericilikdə isə belədir: 
“Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”. 
Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.
                                                    
                                                    
                    Ombudsmanın maaşı bu məbləğə qaldırılır
                            
                            
                        
                            16:20
                            23 Noy 2018
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







