Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncədə həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.
Ombudsman Aparatından FED.az-a verilən məlumata görə, Ombudsman həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa baş çəkib. 2 uşağın isə taleyi barədə hələ də məlumat yoxdur.