Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
FED.az xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində bildirilib.
Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.
(Report)