Novruz Məmmədovun Baş nazir vəzifəsindən istefasının səbəbi açıqlanıb.
Bu barədə Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb.
FED.az xəbər verir ki, Rusiya agentliyinin Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Novruz Məmmədov təqaüdə çıxması ilə əlaqədar bu addımı atıb.
Eləcə də bax: Novruz Məmmədov özü Prezidentə - MÜRACİƏT EDİB
Qeyd edək ki, Novruz Məmmədov 2018-ci ilin 21 aprelindən Baş nazir vəzifəsini tuturdu. Onun yerinə Əli Əsədov təyin olunub.
Qaynarinfo