Xəbər verildiyi kimi, fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Neftçala rayoqn icra hkimiyyətində əməliyyat keçiriblər.
Eləcə də bax: "Dükanları sökdürüb, özünə bazar tikdirib, SAHİBKARLARI SIXIŞDIRIB..."
FED.az xatırladır ki, ilkin məumatlara görə, əməliyyat nəticəsində ira başçısı İsmayıl Vəlyevin rüşvət almağa görə həbs olunduğu bildirilir. Qeyd edək ki, bu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Tərcümeyi-halından məlum olur ki, İ.Vəliyev 1981-ci ildən vəzifədədir. Əvvəllər o Şirvan şəhər icra hkimiyyətində müxtəlifə vəzifələrdə, 1996-2005-ci illərdə isə gömrük sistemində çalışıb. O vaxtdan müxtəlif rayonlarda icra hakimiyyəti başçısı olub.
Vəliyev İsmayıl Məhərrəm oğlu 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub[2]. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri-E.H) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi ,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən etibarən isə Neftçala rayonuna rəhbər təyin edilib.
Azxeber.az-ın məlumatına görə, İcra başçısının böyük oğlu İsmət Vəliyev Türkiyədə biznes fəaliyyəti ilə məşğuldur. İstanbulda yaşayan iş adamı – İsmət Vəliyevin geniş imkanlara malik olduğu bildirilir.
İcra başçısının digər oğlu Məhərrəm Vəliyev isə Azərbaycanda yaşayır və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutur.