Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
FED.az xəbər verir ki, Bəhruz Bəhramov 2016-cı ildən hazırki tarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.
ARDNF-nin İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.