Dövlət

Nazirlik əməkdaşlarına medallar təqdim edilib

Nazirlik əməkdaşlarına medallar təqdim edilib | FED.az
20:30 17 İyul 2019
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalları təqdim olunub. Nazirlikdən FED.az-a verilən məlumata görə, tədbirdə nazir Sahil Babayev bildirib ki, dövlət qulluğu sisteminin əhaliyə xidmətin yüksək səviyyədə təşkili və vətəndaş məmnunluğuna nail olunması prinsipləri üzərində qurulması prezidentin islahatlar proqramının əsas istiqamətlərindən biridir.
 
Nazir dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyini diqqətə çatdırıb.
 
 

 

Digər xəbərlər