“Bəzən deputat yoldaşlarım ildə 4-5 dəfə “putyovka” istəyir. Qanunda var ki, ildə bir dəfə bu hüquqdan istifadə edilə bilər”.
Bunu Həmkarlar Konfederasiyanın sədri, millət vəkili Səttar Möhbalıyev parlamentdə komitə iclası zamanı çıxışında deyib: “Bəzən Nazirlər Kabinetindən də adam “putyovka” üçün müraciət edir. Baxırsan özünün 60, oğlunun 40 yaşı var. Hələ nəvələrinə də istəyir. Belə bir problemlər var. Bu məsələni Prezident Administrasiyasında aparat rəhbəri ilə də müzakirə etmişəm”.
Nazirlər Kabinetindən nəvələri üçün də "putyovka" istəyirlər - deputat
17:22
15 Noy 2017