Nazirlər Kabineti "Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası"nı təsdiqləyib.
FED.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Eləcə də bax: İcbari tibbi sığortaya ən gec Bakı və Sumqayıt keçəcək - KONKRET MÜDDƏTLƏR
Dərman vasitələrinin ekspertizasının aparılması qaydası dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.
Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcəkdir.