"Bizim bu gün 3 aylıq ərzaq ehtiyatımız var və özümüzü 6 ay da sığortalamış vəziyyətdəyik".
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı da verilib: "Bu da ölkəni ərzaqla təmin edəcək. Müəyyən dalğalanma ola bilər və bu da indiki vəziyyətlə əlaqəli ola bilər".
“Azərbaycan Respublikası tərəfindən görülən tərəfindən kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının erkən dövrlərində dövlət başçımızın rəhbərliyi və tapşırıqları altında Azərbaycan Respublikası tərəfindən bütün sahələrdə olduğu kimi, o cümlədən də ölkəmizin ərzaq tədarükü və təzchizatının müəyyən bir dövr ərzində davamlı şəkildə təchizi ilə əlaqədar zəruri tapşırıqlar verilmişdir”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Ona görə də zəruri ehtiyatlar təmin olunub. Yenə də hər şey müqayisədə gözəldir. Biz bəzi ölkələrdə panik bir əhval-ruhiyyənin yaşanmasını, həmçinin supermarketlərdə boşluqların olması kimi halları gördük. Amma Azərbaycanda hər birimiz şahidi olduq ki, bu kimi halların heç biri baş vermədi. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsi idi", - deyə H.Hacıyev bildirib.